“Paşinyan Respublika Partiyasına minnətdar olmalıdır” – Armen Aşotyan
“Seçki kodeksi üzrə səsvermə isbat etdi ki, parlament hökumətin girovu deyil”. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Respublika partiyasının parlament fraksiyasındakı deputatı Armen Aşotyan deyib.
“Parlament öz siyasi qiymətini verdi və sübut etdi ki, hökumətdən asılı olmamaqla yanaşı, onun girovuna da çevrilməyib. Həmçinin, Ermənistanda antidemokratik proseslər presedenti baxımından, hadisələrə müdaxilə mədəniyyətinin qarşısı alınıb”, Aşotyan deyib.
A.Aşotyan bildirib ki, Respublika Partiyası siyasi prinsipiallıq göstərərək Avropa Şurasının üzvü kimi, Ermənistanda seçki kodeksinə varvar yanaşmasının qarşısını aldı və buna görə, Paşinyan bizə minnətdar olmalıdır.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB