Trampın reytinqi düşür

“ABŞ prezidenti Donald Trampın həftə ərzində reytinqi azalaraq 40%-ə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Gallup şirkəti tərəfindən aparılan həftəlik sorğuya əsasən müəyyən olunub.

28 oktyabr tarixində keçirilən ən son sorğunun nəticələrinə görə, amerikalıların 40% -i Trampı dəstəkləyir ki bu da Gallup tərəfindən bir həftə öncə yəni oktyabrın 21-də aparılan sorğunun nəticələrindən 4 faiz aşağıdır. Respondentlərin 54% -i dövlət başçısının işi ilə bağlı mənfi fikirlər söyləyiblər.

Qeyd edək ki, sorğu 22-28 oktyabr tarixləri arasında 1,5 min amerikalı arasında keçirilib.

Xatırladaq ki, noyabrın 6-da ABŞ Konqresinə orta müddətli keçiriləcək seçkilər ölkənin siyasi gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə