Paşinyanın Boltona cavabı başını dərdə saldı

Paşinyanın Boltona cavabı başını dərdə saldı

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun İrəvana səfəri zamanı dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həlledici addım atmasının vacibliyilə bağlı çağırışını rədd edib. SİA erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında Boltona onun adından çıxış etməməyi məsləhət görüb.

“Hər kəs öz adından çıxış edə bilər. Con Bolton, yaxud da başqa biri Ermənistanın baş nazirinin adından danışa bilməz. Qarabağ "hakimiyyəti"nin, Qarabağ xalqı və Ermənistan xalqının iştirakı olmadan münaqişənin həlli mümkün deyil” ,- deyə Paşinyan vurğulayıb.

Con Boltonun Paşinyanla görüşdən sonra İrəvanı tələsik tərk etməsi Ermənistanın faktiki hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Bunu erməni ekspertlər deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə