Modest Kolerov: "Paşinyan Dağlıq Qarabağla bağlı addım atmalıdır"

Modest Kolerov: "Paşinyan Dağlıq Qarabağla bağlı addım atmalıdır"

"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonunun Ermənistana səfəri zamanı verdiyi bəyanatlar Paşinyanın ünvanına səslənən, ona ABŞ tərəfindən verilən siyasi dəstək qarşısında konkret addımların atılması ilə bağlı çağırış idi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu “REGNUM” İnformasiya Agentliyinin baş redaktoru Modest Kolerov ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə prezident məsləhətçisi Con Boltonun Ermənistana səfərini şərh edərkən bildirib.

ABŞ siyasi cəhətdən Paşinyanı təbliğ etdi və indi Paşinyan onları praktik hərəkətlərlə ödəməlidir. ABŞ Paşinyana siyasi dəstək verdi, indi Paşinyan praktiki addımlarla bunu ödəməlidir. Məsələn, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dinamikası Amerikanın təşəbbüsü kimi təqdim edilə bilər".

Onun sözlərinə görə, Nikol Paşinyan ABŞ-a "borcludur" və Bolton da ona hansı addımlar atacağını xatırladır.

“Əgər belə davam etsə, əvvəlki sxemə görə Dağlıq Qarabağ münaqişəsinin həllinin qeyri-mümkünlüyü məsələsi daha da ağırlaşacaq. Nikol bu istiqamətdə nəsə etməlidir. Bu, onun üçün ən ciddi problemdir”, -deyə agentliyin baş redaktoru qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə