"Koçaryanın məqsədi Paşinyanın mövqelərini zəiflətməkdir" ÖZƏL-MÖVQE
“Ermənistanın ikinci prezidenti Robert Koçaryan son müsahibəsində deyib ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər. "Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır”. Bu Robert Koçaryanın cümləsidir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Köçəryan həm də onu deyib ki, rəsmi İrəvan öz mövqeyini dəqiqləşdirməlidir: “Koçaryana görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. Köçəryan onu da bildirib ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.
Köçəryan bu açıqlama ilə iki məqsəd güdür. Onun birinci məqsədi erməni cəmiyyətini Qarabağ danışıqlarının detalları haqqında məlumatlandırmaqdır.
Onun ikinci məqsədi hazırki baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir. Çünki, Paşinyan parlament seçkisindən sonra Qarabağla bağlı danışıqlarda iştirak etməlidir. Koçaryan erməni cəmiyyətinə mesaj göndərir ki, Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması mövzusunu müzakirə etmək məcburiyyətindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB