Əbülfəs Qarayev: "Forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Əbülfəs Qarayev: "Forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

"Bakı Humanitar Forumunda səslənən fikirlərdən belə başa düşülür ki, forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. SİA xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir əlavə edib ki, Bakı Humanitar Forumu ilk dəfə Azərbaycan və Rusiya Prezidentlərinin birgə təşəbbüsü ilə keçirilib: "Bu təşəbbüs artıq bütün hüdudları keçərək beynəlxalq tədbirə keçib. Bu təşəbbüs çox mötəbər təşkilatlar tərəfindən dəstəklənir. Bu gün bu tədbirə bir çox beynəlxalq təşkilatlar fəal şəkildə iştirak etdilər. Biz onlara verdikləri dəstəyə görə təşəkkür edirik".

Ə.Qarayev deyib ki, Bakı prosesi qarşmızda duran hədəflərə doğru atılan addımdır: "Bakı prosesinin uğurlu olması rəqəmlərdən də görünə bilər. Forumda 170-a yaxın ölkə də iştirak edib. Bu, onu göstərir ki, bu gün Azərbaycan münaqişələrin aradan qaldırılması, həyatımısın sadələşdirilməsi üçün toplanan məkana çevrilib".

Ə.Qarayev deyib ki, forumun materialları çap olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə