Savelyev: "Aprel döyüşlərində separatçı rejim informasiya müharibəsi faktından geniş istifadə etdi"
"2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşən zaman qondarma separatçı rejim informasiya müharibəsi faktından geniş istifadə etdi". SİA-nın xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.
O bildirib ki, ABŞ-da və Avropada olan erməni lobbisi bu ölkələrin rəhbərliyi bu istiqamətdə aktiv şəkildə işləməyə başladı: "Onlar aprel müharibəsi zamanı baş verənləri təhrif edərək bu ölkələrin rəhbərliyində baş verənlər barədə yalnış təəssurat yaratmağa çalışdılar. Erməni tərəfi dünya KİV-i ilə də aktiv iş aparırdı. Qondarma Qarabağ administrasiyası aprel müharibəsi günlərində gündəlik press brinfinqlər keçirir, jurnalistlərin suallarını cavablandırır, peyk vasitəsilə ödənişsiz yayımlar həyata keçirirdilər. Bununla da dünya birliyini erməni separatçıları tərəfindən çıxış etməsi bütün işlər görülürdü. Lakin Azərbaycan tərəfi də dünya KİV-ləri ilə çox ciddi iş gördü və nəticədə ümumi vəziyyət, münaqişə zonasında duruma dair obyektiv xəbərlər dünyanın aparıcı KİV-lərində yayılmağa başladı. Lakin çox təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu. Bu fakt bir daha KİV-lə işin operativ təşkilinin vacibliyini göstərdi. İnformasiya müharibələrdə birbaşa olaraq hücum dinc əhaliyə qarşı yönəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB