"Yalan informasiyaların yayıldığı dövrdə peşəkar jurnalistlərin üzərinə böyük məsuliyyət düşür"

"Yalan informasiyaların yayıldığı dövrdə peşəkar jurnalistlərin üzərinə böyük məsuliyyət düşür"

"Bakı Beynəlxalq Humanitar Forumu artıq nüfuzlu platformaya çevrilib. VI Forumun baş tutması buna bariz nümunədir". SİA-nın xəbərinə görə, bunu AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, jurnalistlər dünyanı bürüyən problemlər, məsələlərilə tanış olan insanlardır: Bu gün dünyada bir sıra münaqişələr, müharibələrin olduğu hər kəsə məlumdur. Dünyada milyonlarla insan müharibədən, münaqişələrdən əziyyət çəkir. Azərbaycan xalqı da çətin dövrünü yaşayan müharibənin nə olduğundan xəbərdardır. Əhalimiz təcavüzə məruz qalıb, torpaqlarımız işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün yeri yurdu talan olub darmadağın olunub. Biz bunları yaşamışıq. Lakin bütün bunlara baxmayaraq, müasir Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu isə Ulu öndər Heydər Əliyev qurub yaratdığı, Azərbaycanın prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasətin sayəsində əldə edilib".

Azərbaycanda hər bir xalqların sərbəst şəkildə yaşaması üçün şəraitin yaradıldlğını deyən A.Aslanov söyləyib ki, ölkəmiz multikulturalizmin dəyərlərinə görə dünyaya nümunədir: "Bu gün biz yalan problemlərin yayılması, onların cəmiyyətə təsirini müzakirə edəcəyik. Azərbaycanın torpaqlarını işğal edən Ermənistan ölkəmiz haqqında yalan informasiya yayır. Lakin onların cəhdi fayda vermir. Bütün dünya artıq onların yalanlarını yaxşı bilir. Yalan xəbərin mənbəyini tapmaq güc vaxt tələb edir. Biz jurnalistlər düzgün informasiyaların tərəfdarıyıq. Biz belə informasiyaların yayılmasına mane olmağa çalışmalıyıq. Peşəkar jurnalistlərin üzərinə çox böyük məsuliyyət düşür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə