“Müxalifət öz siyasətini, mənliyini xarici havadarlarına satıb ” AÇIQLAMA
"Təbii ki, Arif Hacılının və keçmiş başqan İsa Qəmbərin xaricdən 3 milyon dollar alması siyasi partiyalar haqqında qanunun tələblərini pozulması deməkdir”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, Müsavat İsa Qəmbərin rəhbərliyi altında 15 ildən çoxdur ki, xarici havadarların hesabına yaşayır: “Bir partiyanın fəaliyyət göstərməsi, saxlanması və yaşaması üçün hər ay 100 minlərlə maliyyə vəsaiti lazımdır. Burada sual olunur bu pul haradan alınır? 3 milyon dollar nə puldur ki? Yəni burada söhbət 30-50 milyonlardan gedir. İ. Qəmbərin xaricdən bu və bundan da artıq maliyyə vəsaitlərinin aldığı heç kəsdə şübhə doğurmamalıdır. Bir sözlə, adı çəkilən şəxslər xarici qüvvələrdən maliyyə vəsaitləri alırlar və qarşılığında onların pozucu sifarişlərini yerinə yetirirlər. Yəni, müxalifət öz siyasətini, mənliyini xarici havadarlarına satıb. Biri var gerçək siyasətçi olasan, hansısa bir amal uğurunda mübarizə aparasan və öz amalını xalqa xidmət edəcəyinə, xalqın xeyrinə olduğuna əmin olub, buna nail olmaq uğurunda mübarizə aparasan. Biri də var, sən müxalifət fonu yaradıb haradansa, kimlərdənsə maliyyə vəsaitiəldə edəsən. Buna siyasi biznes deyilir. Yəni bu nə siyasət deyil, nə də ki, biznes deyil. Bir sözlə, onların fəaliyyətləri və işləri yalnız özlərini xarici qüvvələr reklam edərək, qarşılığında da pul qazanmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB