“Söz hüquq mühafizə orqanlarınındır” AÇIQLAMA

“Dağıdıcı müxalif partiya sədrlərinin xaricdən 3 milyon dollar alınmaları yeni xəbər deyil”. Bunu SİA-ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, onlar fəaliyyətləri dövründə xaricdən zaman-zaman daha çox maliyyə vəsaiti alıblar: “Bu maliyyə vəsaitləri müxtəlif adlarla bu insanlara xaricdən anti-Azərbyacan qüvvələr tərəfindən ötürülüb. Bu işdə bunların ətrafında fəaliyyət göstərən siyasiləşmiş QHT-lər də böyük rol oynayır. Müxalifət xaricdən maliyyələşmə prosesində QHT-lərdən istifadə etməklə məsuliyyətdən kənarda qalmağa çalışırlar. Lakin maliyyə vəsaiti alındıqdan sonra pul bölgüsü zamanı onların arasında ciddi konfliktlər yaranır. Təbii ki, buna görə bu insanların fəaliyyəti araşdırılmalıdır. Burada söz hüquq mühafizə orqanlarınındır. Hesab edirəm ki, hüquqi müstəvidə araşdırma aparılması ilə bir sıra qaranlıq məsələlərə də aydınlıq gəlmiş olar. Qanun siyasi partiyaların xaricdən maliyyələşməsini qadağan edir. Əgər bu fakt varsa həmin təşkilatlar məsuliyyətə cəlb edilməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə