“Fransa hakimiyyəti erməni lobbisinin təsiri altındadır” AÇIQLAMA
"Fransanın bir neçə bələdiyyəsinin üzvlərinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərləri və şəhərlər arasında dostluq sazişləri imzalanması beynəlxalq hüquq normalarına tamamilə ziddir". Bunu SİA-ya açıqlamasında Millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bu onu deməyə imkan verir ki, Fransa hakimiyyəti erməni lobbisinin təsiri altındadır: "Çünki, dəfələrlə Fransa Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib. ATƏT-in Minsk Qrupunun üzvü olaraq münaqişənin həll olunmasında vasitəçilik missiyasını həyata keçirir. O biri tərəfdən isə Azərbaycanın işğala məruz qalmış ərazilərinə qanunsuz səfərlər edir və sazişlər imzalayır. Bundan nəticə çıxarmaq olar ki, Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli istiqamətində səsləndirdikləri fikirləri ilə əməlləri daban - dabana ziddir. Ona görə də Azərbaycan Fransaya öz narazılığını bildirməlidir. Yəni xarici işlər nazirliyi Fransa dövlətinə etiraz notasını göndərməli, ərazilərimizə qanunsuz səfərlər və hərəkətlər edən şəxslər arzuolunmaz şəxslərin siyahısına salınmalı, Fransanın Azərbaycanda fəaliyyət göstərən şirkətlər ilə müqavilələrə yenidən baxılmalı, Avropa Şurasında məsələ qaldırmalı və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibində qalıb-qalmaması məsələsi qaldırmalıdır. Çünki, bir dövlət öz qurumlarının və vətəndaşlarının hərəkətlərinə nəzarət edə bilmirsə, o dövlət heç vaxt münaqişənin sülh yolu ilə həll olunmasına öz töhfəsini verə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB