Bu gün biz buraya beynəlxalq sistemin ən böyük çağırışlarla üzləşdiyi vaxtda toplaşmışıq. 2017-ci ildə 49 həll olunmamış münaqişələr mövcud olub". SİA-nın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron Forumun açılış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, dünya miqyasında 2017-ci ilinin sonlarının nəticələrinə görə, 68,5 milyon insan qaçqın və məcburi köçkün şəraitində yaşayır: "Biz daim texniki tərəqqinin yaşadığı problemlərlə üzləşirik. Bu cür dəyişən zamanda dünya yol kəsişməsindədir".
Pİ rəhbəri söyləyib ki, mürəkkəb çağırışlar şəraitində belə bir forumun keçirilməsi yeni bəşəriyyətin formalaşmasında rol oynaya bilər: "Dünyada təcili dəyişikliyə nail olmaq üçün bu elementlər dəyərlidir. Hazırda dünya güclü əməkdaşlığa ehtiyac duyur. Qarşılıqlı əlaqələri müəyyən etməliyik. Tərəfdaşlıq nəinki parlamentlər səviyyəsində, eləcə də bura hökumət və vətəndaş cəmiyyəti cəlb edilməlidir. Bizim gələn illər üçün məqsədimiz resurslarımızı yerli səviyyədə səfərbər edərək imkanlarımızı genişləndirməkdir".
Qabriela Kuevas Barron qeyd edib ki, biz effektiv olaraq milli rüsumların cəmlənməsinə çalışmalıyıq: "Bu gün bəşəriyyət çox çətin çağırışlarla üz-üzədir. Biz bütün sahələrdə diqqətlə davranmalıyıq. Yaradıcı yanaşma, innovasiya ilə bu mərhələni keçə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB