"Belə bir mötəbər forumda çıxış etməkdən məmnunam. Bu tədbirdə bizə dost olan insanlar əyləşib. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm ki, O, dünyada sülhü təşviq edir". SİA-nın xəbərinə görə, bunu İSESCO-nun baş direktoru Əbdülaziz bin Osman əl-Tüveycri VI Bakı Humanitar Forumun açılış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı problem olmasına baxmayaraq inkişaf edir. Onun sözlərinə görə, dünya ədalətli olmalıdır ki, bu məsələlər həll olunsun: "Digər ölkənin ərazisini işğal etmək beynəlxalq hüquqa ziddir. Biz bu hüquqların prinsiplərinə uyğun addım atmalıyıq. Bu gün dünyada bir çox insanlar müharibələrdən, yoxsulluqdan əziyyət çəkir. Biz dünyada ədaləti bərpa etməliyik. Bu forum irəliyə doğru atılan addımdır. Forumun uğur qazanacağına, düşünürəm ki, nail ola biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB