"Bolton səfər zamanı münaqişəsinin həlli məsələsini gündəmə gətirəcək" RƏY-ÖZƏL
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gündəmə gələcəyi istisna deyil”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
ABŞ-ın dünyanın əsas nüfuz dairələrindən biri olduğunu deyən ekspert söyləyib ki, bu baxımdan Birləşmiş Ştatların rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməsi vacibdir: “Bildiyiniz kimi Dağlıq Qarabağ məsələsi burada müzakirə edilməyə bilməz. Çünki, bölgəyə səfər zamanı həm Azərbaycan, həm də İrəvana gedilirsə, o zaman bu məsələ ətrafında mütləq şəkildə müzakirə aparılmalıdır ”.
T.Vahabov qeyd edib ki, son dövrlər beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklənməsi məsələsinin sürətlə inkişaf edir: “Artıq sirr deyil ki, ölkəmizin son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlər özünün biruzə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB