Ermənistanda yerli özünüidarəetmə orqanlarına – mer vəzifəsinə keçirilən seçkilərdə lideri Nikol Paşinyan olan “Vətəndaş sazişi” partiyasının namizədi Narek Babayan məğlub olub. SİA erməni mediasına istinadən xəbər verir ki, bitərəf Gevorq Parsyan “Vətəndaş sazişi”ndən olan namizəd, 8 499 səs toplayan Narek Babayana 10 507 səslə qalib gəlib. Seçicilərin isə 55.77%-i səsvermədə iştirak edib.
Qeyd edək ki, bu, N.Paşinyanın lideri olduğu partiyasının lik məğıubiyyətidir. Belə ki, partiyanın mətbuat katibi Vahan Kostanyan da etiraf edib ki, digər regionlarda qələbə qazansalar, da məğlubiyyətləri də olub.
Paşinyan özü isə partiyasından olan namizədin məğlubiyyətini özünə təskinlik verməklə ört-basdır etməyə çalışıb. “Biz, aparılan sorğular nəticəsində vəziyyətdən xəbərdar idik”, deyən erməni siyasətçi iddia edib ki, Narek Babayanın şansları yüksək olsa da, sona qədər işlərini apara bilməyiblər.
O, dekabrda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində siyasi divident qazanmaq üçün, sözügedən məğlubiyyəti “seçicilərin iradəsinin göstəricisi” kimi qiymtətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB