Rauf Nağıyev: “Stansiyamıza eyni vaxtda 4-dən çox xəstəni daşımaq imkanına malik yeni maşın gətirilib”- AÇIQLAMA

Rauf Nağıyev: “Stansiyamıza eyni vaxtda 4-dən çox xəstəni daşımaq imkanına malik yeni maşın gətirilib”- AÇIQLAMA
Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kütləvi hallar üçün xüsusi təcili yardım maşını ayrılıb. Bu barədə SİA-ya stansiyanın baş həkiminin müavini Rauf Nağıyev məlumat verilib. O bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan maşın digər təcili yardım maşınlarından bir çox keyfiyyətlərinə görə fərqlənir. Onun sözlərinə görə, təcili yardım maşını bütün avadanlıqlarla təchiz olunub. "Maşının özəlliyi ondadır ki, o yalnız kütləvi hallar üçün nəzərdə tutulub. Ölkədə hər hansı bir iğtişaş və ya mitinq baş verərsə, həmin hallarda onun vasitəsilə xəsarət alan bir neçə nəfərə eyni anda yardım etmək mümkün olacaq. Yeni maşın 4-6 xəstə daşımaq imkanına malikdir",- deyə R. Nağıyev vurğulayıb

O söyləyib ki, həmçinin maşında xəstələrə ilkin yardımın göstərilməsi üçün hər cür şərait yaradılıb: "Orada müasir tələblərə uyğun lazımi avadanlıqlar quraşdırılıb. Bu da tibb üçün çox vacibdir",- deyə həkim əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə