Xüsusi ümumtəhsil respublika internat məktəblərinə baxış keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri V.Məhərrəmov və V.Heydərov Təhsil Nazirliyinin Şüvəlan qəsəbəsində yerləşən Beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi və Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi ümumtəhsil respublika internat məktəblərinə baxışlar keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qrupun üzvləri bu internat məktəbləri şagirdlərinin yaşayış şəraiti və qida təminatını araşdırıb, yataq yerlərinə, sinif, məşğələ və kompüter otaqlarına, kitabxanaya və digər obyektlərə baxıb, həmin müəssisələrin direktorları, müəllim və tərbiyəçiləri, habelə həkimlərlə söhbət aparıb, uşaqların problemlərini öyrəniblər.
16 saylı xüsusi internat məktəbinin korpuslarında Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir-bərpa işlərinin aparıldığı, bu işlərin bilavasitə fondun prezidenti, zəngin xeyriyyəçilik fəaliyyəti və təşəbbüsləri ilə ictimaiyyətin dərin rəğbətini qazanmış Mehriban xanım Əliyevanın diqqətində olduğu bildirilib. Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi ümumtəhsil respublika internat məktəbinə baxış zamanı bəzi korpusların əsaslı təmirə ehtiyacı olduğu, həmçinin yataq otaqlarında uşaqların əşyaları üçün nəzərdə tutulmuş dolabların çatışmadığı aşkar edilib.
Adı çəkilən müəssisələrin direktorlarına rəhbərlik etdikləri internat məktəblərində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB