Tramp və Putinin görüşə biləcəyi tarix açıqlanıb

Tramp və Putinin görüşə biləcəyi tarix açıqlanıb

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin bu il Paris və Buenos-Ayresdə görüşə bilər. SİA-nın verdiyi məlumata görə, söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə