Namiq Həsənov: “Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq işıqfor-siqnal sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub" -Açıqlama
"Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq işıfor-siqnal sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
Onun sözlərinə görə, "Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması" layihəsi çərçivəsində yekun plan təqdim edilib: "Uzun vaxt idi ki Azərbaycan Respublikası ilə Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən həyata keçirilən layihə üzərində çalışırdıq. Bu gün artıq layihənin yekunu ilə əlaqədar plan təqdim edildi. Təqdimat mərasimində Dünya Bankının, Finlandiya və Yunanıstan şirkətlərinin nümayəndələri də iştirak etdilər".
Strateji nəqliyyat planının məqsədləri haqda danışan rəhbər əsas hədəfin Azərbaycan nəqliyyatında irəliləyişlər əldə etmək olduğunu qeyd edib: "Əsas məqsəd nəqliyyat sisteminin ssenarilərinin müəyyən edilməsi, şəhər ərazisində parklanmanın idarə olunmasını asanlaşdırmaq, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki xidmət məntəqələrinin yaradılmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB