"ABŞ-Rusiya dialoqunda dəhşətli çatışmazlıqlar var"

"ABŞ-Rusiya dialoqunda dəhşətli çatışmazlıqlar var"

Rusiya prezidentinin mətbuat ximdəti Dmitriy Peskov Rusiya ilə ABŞ arasında dialoqda dəhşətli çatımazlıqların olduğunu açıqlayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Peskov müsahibəsində bildirib ki, iki ölkənin dialoqu arasında kəsir hazırda da hiss olunmaqdadır.

Daha əvvəl, Rusiya prezidenti Vladimir Putin Valdai Klubu yığıncağındakı çıxışında Donald Trampla görüşlərinin müqsbət olduğunu bildirərək, dalaşmaqdansa ünsiyyət qurmağın daha yaxşı olduğunu demişdi. Rusiya prezidentinin sözlərinə görə, Tramp Rusiya ilə münasibətlərin sabitləşməsinə köklənib.

Xatırladaq ki, Rusiya ilə Qərb arasında münasibətlər Ukrayna və Krım ətafında baş verənlərə görə pisləşib. Qərb Rusiyanın prosesə müdaxilə etdiyi üçün sanksiya tətbiq edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə