"Ermənistanda iqtisadi vəziyyətin düzələcəyinə ümid yoxdur"

Ermənistanın əvvəlki nə də indiki hakimiyyətində ölkədə maaş və pensiyaların artması ilə bağlı meylənmə yoxdur. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "Tsarukyan" blokunun keçmiş deputatı, iqtisadçı Vardan Bostanjyan mətbuata açıqlamasında deyib.

Ölkənin gələn ilki büdcəsində bunun üçün heç bir addımın nəzərdə tutulmadığını deyən iqtisadçı bildirib ki, Ermənistan vətəndaşları buna qane olmaq məcburiyyətindədirlər.

Onun sözlərinə görə, ölkənin sosial sahəsində mövcud olan "sabitlik" vətəndaşlarının sosial vəziyyətinin daha da pisləşməsinə şərait yaradacaq: "Ölkədə əksəriyyətin aşağı vəziyyətdə yaşadığını nəzərə alsaq, bunun nə qədər mənfi təsirlərə səbəb olacağını söyləmək olar. Bu baxımdan əhalinin narazılıq edəcəyi istisna edilmir. Amma illərdir ki, əziyyət çəkən Ermənistan vətəndaşları düşünürəm ki, buna da dözməyə məcbur olacaqlar".

Ümumilikdə ölkənin iqtisadi vəziyyətinə gəldikdə, Vardan Bostanjyan qeyd edib ki, yalnız yeni investisiyalar Ermənistana daxil olsa, müvəffəqiyyətə ümid bəsləmək olar: " Hazırda bununla bağlı heç bir ümid yoxdur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə