BMT Baş Assambleyasının 73-cü sessiyasında İnsan Hüquqları Şurasına 18 üzv seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi saytında qeyd olunub.
Səsvermə nəticəsinə əsasən, Danimarka, Avstriya, Baham, Banqladeş, Bəhreyn, Bolqarıstan, Burkina-Faso, Danimarka, Hindistan, İtaliya, Kamerun, Somali, Toqo, Uruqvay, Filippin, Fici, Çexiya və Eritreya dövləti 2019-2021- ci llərdə İnsan Hüquqları Şurasına üzv seçiliblər.
Yeni seçilən üzv ölkələrin etimadnamələri 2019-cu ilin yanvarın 1-də qüvvəyə minəcək. 18 ölkənin namizədliyi BMT-də olan beş regional qrupda razılaşdırılıb və heç bir etiraz səslənməyib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB