Ziyafət Əsgərov: "Azərbaycan təhsilini və tələbəsini aşağılamaq olmaz"
"Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan təhsilini və tələbəsini aşağılamaq olmaz: "Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Bəyəm onlar xaricdə oxuyanlardan əksikdirlər? Xaricdəki universitetlərdə qeyri-adi təhsil vermirlər. Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhsilini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə