Serik Primbetov: “Qazaxıstan ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişənin həllinə hər cür dəstək verib”
"Biz Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyini və həssas bir problem olduğunu gözəl anlayırıq. Ona görə də, sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin və həmsədr ölkələrin rəsmilərinin iştirakı etməsini və birgə bəyanatın qəbulunu müəyyən irəliləyiş hesab etmək olar". SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfir Dağlıq Qarabağ məsələsinin Astana Sammitində qəbul olunan bəyannaməyə salınmamasının səbəbinə də "diplomatik qaydada" aydınlıq gətirib. S.Primbetov bildirib ki, Qazaxıstan ATƏT-ə sədrliyi dövründə münaqişənin həllinə hər cür dəstək verib.
O, qeyd edib ki, hazırda münaqişənin həlli istiqamətində danışıqlar prosesi davam edir. Səfir hesab edirik ki, ATƏT-in Minsk qrupunu həmsədrliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB