Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olunacaq

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olunacaq

Gələn ilin yanvar ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması barəsində sənədin imzalanması planlaşdırlıb.

Eyni zamanda səfər zamanı Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının konfransı keçiriləcək. Azərbaycan tərəfindən şuranın işçi qrupuna sədrliyi prezident İlham Əliyev, Türkiyə tərəfindən isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək.

Rəsmi səfər zamanı Rəcəb Tayyib Ərdoğanı Türkiyənin xarici işlər naziri, müdafiə, ticarət, sənaye, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirləri müşayiət edəcək.

Səfər çərçivəsində, həmçinin iki ölkə arasında 20-yə yaxın sənədin imzalanması nəzərdə tutulub

Bütün xəbərlər Facebook səhifəmizdə