Roland Kobia: “Gələn il Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayacaq”
Avropa İttifaqı ilə Azərbaycan arasında mübadilə proqramları ilə yanaşı, viza rejiminin yüngülləşdirilməsi proqramları da başlanmalıdır. SİA-nın xəbərinə görə, bu barədə Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi və Avropa Komissiyası ofisinin rəhbəri səfir Roland Kobia məlumat verib. O bildirib ki, gələn ilin əvvəllərində Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi ətrafında danışıqlar başlayacaq. Onun sözlərinə görə, bu da viza rejiminin yüngülləşdirilməsi prosesinin sürətləndirilməsinə təkan verəcək: "Gələn ilin əvvəllərində başlayacaq danışıqlarda bu məsələ ətraflı müzakirə olunacaq. Ancaq bir şeyi deməliyəm ki, bu, real prosesdir. Gürcüstan artıq viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqları yekunlaşdırıb və yeni rejim orada tətbiq olunmağa başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB