Anar Adiloğlu: “Ekologiyanın dostları və düşmənlərinin adları 23 dekabrda məlum olacaq” - AÇIQLAMA

Anar Adiloğlu: “Ekologiyanın dostları və düşmənlərinin adları 23 dekabrda məlum olacaq” - AÇIQLAMA
"Ekologiyanın Dostları" və "Ekologiyanın Düşmənləri"nin adları 23 dekabr tarixində məlum olacaq. Bu barədə SİA-ya "EKO-2010" Gənclər Koalisiyasının mətbuat xidmətinin rəhbəri Anar Adiloğlu məlumat verib. O bildirib ki, qeyd olunan vaxtda keçiriləcək tədbirdə "Ekologiyanın Dostları" və"Ekologiyanın Düşmənləri"-nin adları məlum olacaq.

Bununla bağlı koalisiya tərəfindən ölkə ərazisində sorğu və monitorinqlərin aparıldığını deyən A.Adiloğlunun sözlərinə görə, bu işlər koalisiyanın tərkibində yaradılan xüsusi komissiya tərəfindən həyata keçirilir: "Belə ki, komissiya sorğuları, monitorinqlərin nəticələrini və komisiyaya daxil olan digər informasiyaları araşdırır. Məlumatlar əldə olunduqca KİV vasitəsi ilə ictimaiyyətə çatdırılır. Bildirmək istərdim ki, bir çox qaliblərin adları artıq məlumdur. Müəyyənləşən qaliblər arasında KİV-in nümayəndələri çoxluq təşkil edir. Ancaq komissiya işini hələki yekunlaşdırmayıb. İnanıram ki, "Dostların" siyahısı daha da artacaq. Arzu edərdik ki, "Ekologiyanın Düşmənləri"nin siyahısı artmasın".

Monitorinq və sorğuların aparılması işinə dekabrın 20-də yekun vurulacağını dilə gətirən mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, tam olaraq qaliblərin adları siyahı şəklində KİV vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, "EKO-2010" Gənclər Koalisiyası 9 may 2010-cu ildə təsis olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə