Həmas "ad günü"nü qeyd edib
Fələstin qruplaşması Həmasın minlərlə tərəfdarı dünən Qəzza şəhərində qrupun təsis edilməsinin 23-cü ildönümü münasibəti ilə yürüş təşkil edib. SİA-nın xəbərinə görə, aksiya iştirakçıları Həmasın bayraqlarını qaldırıb, İsrail bayraqlarını yandırıb. Yürüşün təşkilatçıları Kətibə meydanında Qüdsdəki Məscidi-i Aksanın obrazını yaradıb. ABŞ və Qərbin terrorçu siyahısında olan Həmas 2007-cı ildə Fətah hərəkatını bölgədən çıxardıqdan sonra Qəzza zolağının nəzarətini ələ keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə