“İlqar Məmmədovun Qərbdəki dayaqları buna icazə verməyəcək” AÇIQLAMA
"Dağıdıcı müxalifətin Avropaya siyasi mühacir adı ilə sığınan bir neçə üzvünün son vaxtlar baş verən hadisələr fonunda iflasa uğraması onları alternativ ideyalar axtarışına çıxarıb". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Avropa məkanından gələn maliyyə yardımları kəsilməkdədir: "Anti-Azərbaycan qüvvələr bunlardan istifadə edərək ayırdıqları maliyyə yardımı ilə öz niyyətlərinə çata bilmədiklərindən yeni qüvvə axtarışındadırlar. Bu işə isə real namizəd hal-hazırda İlqar Məmmədovdur. Bunu başa düşən müxalifətçilər bu cür ideyalar və təkliflə çıxış edərək ümid edirlər ki, İlqar Məmmədovla sazişə getməklə maliyyə qaynaqlarını saxlamış olacaqlar. Ancaq mən hesab edirəm ki, bunların birgə koalisiyası yaranmayacaq. İlqar Məmmədovun Qərbdəki dayaqları buna icazə verməyəcək. Çünki bunlar aldıqları maliyyə müqabilində heç adi bir QHT səviyyəsində də iş görə bilməmişlər. İ.Məmmədov da yəqin ki, bu faktordan istifadə etməklə gələn maliyyəyə tək sahib olmaq istəyəcək. Bunların həmişə elə məqsədi kimlərinsə arasında yaranan konfiliktlərdən öz məqsədləri üçün yararlanmaq olub. Təbii ki, İlqar Məmmədov və Əli Kərimli arasında da yaranan konfliktdən tək Arif Hacılı yox digərləri də istifadə edəcək. Həm maliyyə qaynağı əldə etmək, həm də siyasi qazanc üçün. Bunlar arasında yalnız bir mübarizə gedir nəyin bahasına olursa olsun qazanc əldə etmək Anti-Azərbaycan qüvvələrin ayırdığı maliyyəyə nəzarət etmək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB