Birinci Dağlıq Qarabağ müharibəsi dövründə torpaqlarımızın işğalında, soydaşlarımızın amansız qətllərində əlləri qana bulaşmış erməni terrorçusu Araik Xandoyan ölüb. SİA ammtimes.am-a istinadən xəbər verir ki, bu barədə onun digər terrorçu dostu Toros Sefilyan facebook səhifəsində yazıb.
Qeyd edək ki, Araik Xandoyan erməni terrorçuları arasında “yalquzaq” ləqəbi ilə tanınıb və azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə ad qazanıb. 1971-ci ilin 19 aprelində Verin Sasunik kəndində anadan olmuş Xandoyan 1994-cü ildə əldə edilmiş atəşkəs sazişindən sonra da erməni silahlı qüvvələrində xidmət edərək, Dağlıq Qarabağda və Ermənistanla təmas xəttlərində müxtəlif təxribat kampaniyalarının iştirakçısı və təşkilatçısı olub.
Xandoyan Ermənistanın “Təsis parlamenti”, eləcə də polis alayına hücum etmiş “Sasna srer” silahlı qruplaşmanın üzvü olub. Belə ki, 2015-ci ilin 11 mart tarixində o, Serj Sarkisyana və Qarabağ klanına qarşı çıxaraq, vaxtilə sahibi olduğu “Hərbi xidmətə görə”, “Zoravr Andranik”, “Marşal Baqramyan” medal və təltiflərindən imtina etmişdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB