Diasporla İş üzrə Dövlət Komitəsinin qurumlarının siyahısı təsdiq edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin qurumlarının siyahısı təsdiq edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” ölkə prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə