Yaxud, mərhum Vatsav Havel bilsəydi ki...
Bəlli olduğu kimi, oktyabrın 8-10-da Praqada "Forum-2000" konfransı keçirilib. Qeyd edək ki, bu konfransda da öncəkilərdə olduğu kimi, “demokratiya naminə” pərdəsi altında əsasən, Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra xarici təşkilatlar iştirak edib. Təkcə, ABŞ-ın “Demokratiyaya Milli Dəstək Fondu”nun prezidenti Karl Geşmanın orada olması ilə yanaşı, həmin konfrasdan “canlı yayıma” qoşularaq, dərhal Azərbaycan əleyhinə kampaniyaya başlaması özü-özlüyündə hər şeyi tam çılpaqlığı ilə sübuta yetirir. Əbəs deyil ki, orada “Sülh və Demokratiya İnstitu”nun (“SDİ”-R.N.) ermənipərəst direktoru Leyla Yunus, Avropada “siyasi mühacir” adı altında qaranlıq qüvvələrə agentlik edən Orduxan Teymurxan, “Meydan TV” adlandırılan və saytında işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin xəritəsini “DQR” kimi göstərən, qondarma erməni soyqırımı ifadəsini dırnaq arasına almayan qurumun rəhbəri Emin Milli, həmçinin, ermənilərin “Aqos” qəzetində uzunmmüddətli əməkdaşlıq etmiş Arzu Qeybulla və başqa xainlər dəstəsi iştirak ediblər.
Azərbaycanı Suriya ilə səhv salan Leyla Yunus siyasi həyasızlığı!
Xüsusilə, “SDİ”-nin direktoru Leyla Yunusun saxta forumda aparıcı iştirakçılar arasında yer alaraq, növbəti dəfə Azərbaycan dövləti əleyhinə çıxışlar etməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, ümumiyyətlə, onların məqsədləri heç də bu forumun yaradıcısı, mərhum Vatslav Havelin vaxtilə təbliğatını apardığı gerçək demokratiya dəyərlərinə ümumiyyətlə, cavab vermir. Çünki həqiqi demokratiya ilə dövlətinin, xalqının əleyhinə iş aparmaq, onun maraqlarını düşmən qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən qurumlara satmaqla real demokratiya tamamilə fərqli məsələlərdir. Məsələn, “SDİ”-nin ermənipərəst rəhbəri hətta bir az da irəliyə gedərək, bu gün Azərbaycanın dünya miqyasındakı inkişaf və tərəqqisinə, ölkəmizdə demək olar ki, bütün sahələr üzrə nəhəng beynəlxalq siyasi, iqtisadi, mədəni, idman və s. tədbirlərin keçirilməsinə, Azərbaycanın təhlükəsiz ölkə olmasına qarşı anti-təbliğat aparıb, hətta aşırı siyasi həyasızlığa yol verməklə, ölkəmizi Suriyaya bənzətməyə belə cəhd göstərib. Bu isə həqiqətən də heç bir məntiqə və normal düşüncəyə malik ola biləcək düşüncə təsiri deyil, bu açığını desək, sərsəmlik və siyasi axmaqlıqdır. Yaxud, bu yol ilə növbəti pul qazanmaq şansını itirməmək həvəsi...
Ümumiyyətlə, bu cür tədbirlərdə biz daha öncələr də bənzər halların şahidlərinə çevrilmişik. Misal üçün, Xədicə İsmayılın beynəlxalq tədbirdə azərbaycanlıların ən ağrılı yeri olan Dağlıq Qarabağ problemi ətrafında söz alan təmsilçimiz danışarkən, o məhz Leyla Yunusun şəkli olan köynəyi ilə birgə digər ermənipərəst avropalı həmkarları ilə arxasını zala doğru çevirdi. Məhz bu faktın özü də belə deməyə əsas verir ki, belələrinin maraqları birbaşa düşmən dəyirmanına su tökməklə kirli qrantlar əldə etməkdən ibarətdir.
Orduxan Teymurxan Emin Milliyə sarsaq bir müsahibə verməklə kifayətlənməli olub
Yeri gəlmişkən, Emin Millinin “maliyyə vəsaitlərinin çatışmazlığı” səbəbindən “Meydan TV”ni başqalarına dövr etmək planları da nədənsə “təxirə” düşüb və o anidən dərhal Praqda peyda olub. Halbuki, onun barəsində əldə edilən xəbərlərdən biri də ABŞ-a köçmək planlarıdır. Hətta bununla bağlı o bir neçə nəfərə, o cümlədən, ermənilərin “Aqos” qəzetində işləmiş Arzu Qeybullaya da TV-yə rəhbərlik etməyi təklif edib. Ancaq Arzu Qeybulla ermənilərə işləyən “Meydan TV”dənsə, birbaşa ermənilərə məxsus olan “Aqos”la əməkdaşlığını davam etdirməyi üstün tutub.
Orduxan Teymurxan isə az qala özünü vəhşi qərb kovboyları kimi hiss edib. Harada aş, orada baş prinsipinə sadiq qalaraq, hətta həyasızcasına çıxış da etməyə cəhd göstərib. Ancaq konfransın reqlamenti ona bu imkanı verməyib. Ona görə də Emin Milliyə sarsaq bir müsahibə verməklə kifayətlənməli olub.
Beləliklə, Praqadakı "Forum-2000" konfransı necə deyərlər, son vaxtlar maliyyə qıtlığından “erməni məzlumkeşliyi” edib, ağlayan, baş-gözlərinə döyüb, qrant dilənçilərnə çevrilənlər üçün həqiqətən də göydəndüşmə oldu. İndi həmin qrantlar hesabına yenidən Azərbaycan dövlətinə qarşı hay-küylər baş qaldıracaq və o zamana qədər ki, növbəti bənzər tədbir digər Avropa ölkələrinin birində keçirilənədək...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB