"Belarus münaqişələrin həllində böyük rol oynamağa çalışır"

"Belarus münaqişələrin həllində böyük rol oynamağa çalışır"

Belarus Avropa və Asiyada mövcud olan münaqişələrin həllində böyük rol oynamağa çalışır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Bu Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT-in baş katibi Tomas Gremi ilə görüşündə bildirib.

Lukaşenkonun sözlərinə görə, hazırda mövcud olan mübahisəli dünyada Belarus xalqlar, dövlət başçıları və ümumiyyətlə dövlətlər arasında əsas ünsiyyət vasitəsi olan dialoqa üstünlük verir.

Qeyd edək ki, Minsk şəhəri 9 və 10 oktyabr tarixlərində Terrorizmin qarşısının alınması və müdafiəsi üzrə yüksək səviyyəli Beynəlxalq Konfransa ev sahibliyi edir. Bu məqsədlə ATƏT-in rəhbərliyi, BMT-nin Terrorla Mübarizə İdarəsi, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi Belarusda səfərdədirlər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, forumda ATƏT ölkələrinin yüksək səviyyəli nümayəndələri və tərəfdaşları, MDB və KTMT rəhbərliyi, biznes ictimaiyyətinin nümayəndələri və nüfuzlu analitik qurumlar iştirak edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə