Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Avrasiya qitəsinin parlament spikerlərinin Ankarada keçirilən toplantısında ABŞ tərəfindən həyata keçirilən siyasəti qınayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, spiker bildirib ki, Birləşmiş Ştatları beynəlxalq hüquqa zidd hərəkət edir.
Volodin müxtəlif dövlətlər tərəfindən kollektiv iş tələb edən iqtisadi və ticarət məsələlərində parlamentlərarası əməkdaşlığın vacib rolunu qeyd edib. onun sözlərinə görə, ABŞ tərəfindən həyata keçirilən siyasətə qarşı mübarizədə yalnız birgə səylər müsbət nəticə əldə etmək imkanı verə bilər.
Rusiyalı spikeri vurğulayıb ki, problemləri etibarlı mühit yaratmaqla aradan qaldırmaq mümkündür.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB