"Prezidentin diqqətindən kənarda qalan sahə yoxdur" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan sosial dövlətdir və icra olunan layihələrin böyük hissəsi ölkəmizin sosial sferasını əhatə edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, son 15 ildə ölkəmizin yol infrastrukturu, içməli su və kanalizasiya xidmətləri, səhiyyə müəssisələri, təhsil ocaqları, elektriklə təminatında və elektron rabitə xidmətlərinin göstərilməsində yenidənqurma işləri sürətlə aparılıb, Azərbaycan müasir inkişaf edən ölkəyə çevrilib: “Cənab Prezidentin 4 oktyabrda imzaladığı sərəncamla çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə dövlət büdcəsindən 21 milyon manatdan çox vəsaitin ayrılması da ölkə üzrə nəzərdə tutulan 436 çox mənzilli binada yaşayan insanları sevindirməklə yanaşı şəhərlərimizə yeni görkəm verəcəkdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə elə bir sahə yoxdur ki, dövlət başçısının diqqətindən kənarda qalsın. Bu bir daha onu deməyə imkan verir ki, cənab İlham Əliyevi ölkəmizin hər bir vətəndaşının rifahının yaxşılaşdırılması düşündürür və atılan addımlar da buna xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə