Yaxın günlərdə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan parlamentdaxili və parlamentxarici siyasi güclərlə danışıqlara başlayacaq. Belə ki, Sarukyanın əsas hədəfi baş nazir olmaqdır. SİA xəbər verir ki, bu barədə news.am saytı “Jamanak” qəəzetinə istinadən yazır. Bildirilir ki, məqsəd növbədənkənar parlament seçkilərində geniş blokla iştirak etməkdir. “Mümkün ittifaqda “İrs” partiyası, Erməni ümummilli konqresi, Andrias Qukasyan, Samvel Babayan, sabiq müdafiə naziri Seyran Ohanyan, həmçinin, “Erməni milli konqresi” partiyası və digər kiçik partiyalar, eləcə də vətəndaş hərəkatları ola bilər”, deyə nəşrdə qeyd olunur.
Maraqlı məqamlardan biri də Sarukyanın “Sasna srer”partiyasına müttəfiqlik təklifi etməsi qərarıdır. Belə ki, bu partiyanın bir çox üzvləri məhz onun və partiyadaşlarının parlamentdə (“Sarukyan bloku”) zəmanət dayanması sayəsində azadlığa çıxıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB