"Vətəndaşlara qarşı edilən istənilən hücum İran tərəfindən qınanılır"

"Vətəndaşlara qarşı edilən istənilən hücum İran tərəfindən qınanılır"

“İran heç bir ərazidə hərbi əməliyyatlarda iştirak etmir və biz bunu gələcəkdə də etməyəcəyik”. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

O bildirib ki, kimliyindən asılı olmayaraq vətəndaşlara qarşı edilən istənilən hücum İran tərəfindən qınanılır.

Suriyada vətəndaş müharibəsinin səbəbləri ilə bağlı sualı cavablandıran İranın XİN başçısı qeyd edib ki, bu, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşması illüziyasına sahib olanların günahıdır: “Suriyadakı böhranın başlanğıcından etibarən suriyalıları böhranın sülh yolu ilə həll edilməsinə, qan tökülməsinin erkən dayandırılmasına, ekstremizm və terrorizm təzahürlərinə qarşı mübarizəyə çağırsaq da, onlar bundan imtina etdilər”.

Zərifin sözlərinə görə, Suriyada qarışıqlığı yaradanlar İŞİD terror qrupunun dəstəyi ilə Suriya hökumətini devirmək istəyənlərdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə