Qabil Hüseynli: “Zatulin ermənilərin pullu nökəridir" ÖZƏL-ŞƏRH
“Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin çox avantürüst bir adamdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini hər zaman Azərbaycana kin bəsləyib və provaktor bir adamdır: “O bir növ ermənilərin pullu nökəridir. Bu adam ümumiyyətlə post-Sovet məkanındakı bütün hadisələri özü bildiyi kimi həm də avantürüstcəsinə şərh edib. O cümlədən Zatulin Dağlıq Qarabağla bağlı həmişə sərsəm açıqlamalar verir. Konstantin Zatulin dəfələrlə Dağlıq Qarabağla bağlı oyuncaq rejimin qulluğunda dayanıb. Çox şübhəsiz ki, bunun müqabilində pullar qazanıb.
Zatulin qondarma Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ndə iştirak edib və həmin şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu fikirlər Rusiya dövlətinin mövqeyini əks etdirmir. O sadəcə olaraq ermənilərin sifarişi ilə danışır. Bu mənada onun nə dedikləri reallığı əks etdirmir. Son iki ayda Azərbaycan Prezidenti və Rusiya Prezidenti iki dəfə görüşüblər. Putinin son Bakı səfərində də Azərbaycan-Rusiya münasibətlərinə dair Rusiya dövlətinin mövqeyi açıq şəkildə ifadə olunub. Ona görə də Zatulin kimi bir yaramazın, provokatorun fikirləri yalnız kiməsə - ermənilərin hansısa dairələrinəsə xidmət etmək məqsədi daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB