"Azərbaycana qarşı aparılan bu kampaniya sifarişdir” AÇIQLAMA

"Azərbaycana qarşı aparılan bu kampaniya sifarişdir” AÇIQLAMA

"Son aylarda Azərbaycan beynəlxalq səviyyədə bir çox mühüm layihələrə imza atıb". Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, qarşılıqlı rəsmi səfərlər, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi, Rusiya ilə imzalanmış sazişlər ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirən addımların sadəcə bir hissəsidir: "Təbii ki, belə vəziyyət Azərbaycanı istəməyən qüvvələrin maraqları ilə üst-üstə düşmür. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycanın uğurlarına yenidən kölgə salmağa çalışırlar. Ölkəmizin beynəlxalq imicini zədələmək üçün hansısa QHT-ləri ələ alaraq müxtəlif reytinqlər təşkil edir, Azərbaycanın adını ən aşağı sıralarda göstərirlər. Bu kampaniyanın əsas hərəkətverici qüvvələrindən biri də xaricdə yaşayan və şəxsi mənafeləri naminə dövlətinin, xalqının milli maraqlarını heçə sayan "azərbaycanlılar"dır. Son zamanlar məlum simaların bu istiqamətdə yenidən fəallaşdığının şahidiyik. Azərbaycan nə zaman beynəlxalq səviyyədə adından söz etdirməyə başlasa, həmin şəxslər dərhal fəaliyyətə keçirlər. Prosesin mahiyyətinə nəzər salsaq əminliklə deyə bilərik ki, Azərbaycana qarşı aparılan və əsas daşıyıcı qüvvənin məhz "soydaşlarımız" olduğu bu kampaniya sifarişdir. Lakin artıq təcrübə də göstərir ki, belə qarayaxma kampaniyalarının heç bir tutarlı təsiri yoxdur. Cəmiyyətimiz, sadə vətəndaşlar bu insanların söylədiklərinin kimlərin sifarişi olduğunu çox yaxşı başa düşür. Əminəm ki, bu cəhdlər də uğursuz olacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə