"Son bir ildə Azərbaycana, onun siyasi rəhbərliyinə və bütövlükdə dövlətçiliyimizə qarşı söyüş terroru həyata keçirən qüvvələrin iyrənc hərəkətləri hər bir azərbaycanlıda, dövlət, xalq, millət təəssübünü çəkən hər bir insanda ikrah hissi doğurmaya bilməzdi və belə də oldu". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, ölkəmizin uğurlarından əndişələnən, dövlətimizin qüdrətlənməsindən, iqtisadi, siyasi çəkisinin yüksəlməsindən narahat olan qüvvələr öz məkrli niyyətlərini, planlarını həyata keçirmək üçün Azərbaycanda bütün imkanlarının iflasa uğradığını görəndə bu cür murdar mübarizəyə əl atdılar: "Bu qüvvələrin arxasında həm erməni lobbisi, həm ölkəmizin karbohidrogen resurslarının istismarından pay ala bilməyən dövlətlər, həm də insan hüquq və azadlıqlarının müdafiəsi altında fəaliyyət göstərən müxtəlif reket beynəlxalq təşkilatları dayanır. Vaxtilə Azərbaycandan qaçıb Avropa dövlətlərinə sığınan milli satqınları ələ alaraq onları söyüş makinası kimi istifadə etmək, onların vasitəsi ilə ittihamlar irəli sürmək, söyüşlər söydürmək bu planın bir hissəsidir. Sonuncu prezident seçkiləri öncəsi fəallaşan bu cür antimilli yaramazlar bütövlükdə xalqın narzılığı ilə qarşılaşdılar. Çünki, azərbaycanlı mentalitetində təhqir, azərbaycanlı leksikonunda söyüş ifadə etmək hər zaman rədd edilib və bu həmişə belə olacaqdır. Avropanın bahalı şəhərlərində heç bir işlə məşğul olmayan, konkret əmək haqqı almayan və bütün bunların əksinə bahalı həyat tərzi keçirən bu adamları himayə edən, maliyyə ilə təmin edən, yaşayışlarını qarşılayan və onlardan alət kimi istifadə edən qüvvələrin tapşırığı ilə hərəkət edən rəzillərin “fəaliyyətində” son günlərdə yenidən aktivlik müşahidə edilməkdədir. Bu xüsusilə beynəlxalq müstəvidə mövqelərimizin daha da gücləndiyi, iqtisadi imkanlarımızın genişləndiyi, Ermənistanda isə siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşdiyi bir dövrdə baş verir. Bu onu bir daha sübut edir ki, bu aktivliyin artmasında bilavasitə erməni lobbisinin göstərişi var. Əminəm ki, ölkəsinə qarşı xain mövqeyi tutmuş, əməllərində konkret cinayət əməli olan bu satqınlar Azərbaycana ekstradisiya olunaraq dövlətimizin qanunları ilə ən layiqli cəzalarını alacaqlar. Çünki, tarix hər zaman dövlətinə, xalqına, vətəninə qarşı düşmən mövqeyi tutmuş hər bir xainə gec-tez layiq olduğu yeri göstərmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB