"Frankofoniya Ermənistan dövlətinin korporativ maraqlarına xidmət edir" ÖZƏL-MÜNASİBƏT
“Ermənistanda keçirilməsi nəzərdə tutulan Frankofoniya sammiti işğalçı ölkənin illərdən bəri dünya siyasi, politoloji fikrinə salmaq istədiyi amma bu istiqamətdə hər hansı bir önəmli nəticəyə malik olmadığı tədbirdir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, əslində Ermənistan dünyaya Frankofoniyanı guya çox qlobalmiqyaslı bir tədbir olduğunu çatdırmağa çalışır: “Amma mahiyyətində isə Frankofoniya Ermənistan və onun maraqlarını dünyada müdafiə edən məhdud sayda qüvvələrdən ibarət korporativ təşkilatdan və korporativ bir platformadan o yana gedə bilmir. Yəni Frankofoniya Ermənistanın ideyası altında yaranan bir təşkilat olaraq yalnız işğalçı ölkəyə aid olan və Ermənistan dövlətinə uyğun platformadan və pozisiyadan çıxış edir.
Dünyanın əksər politoloqlarının fikrincə, Frankofoniya dünyada qlobal problemlərin həllinə hər hansı töhfə verə bilməyən bir tədbirdir. Məsələn, Bakıdakı tədbirlərin müzakirələr nəticəsində verdiyi ideyaların təsiri və Ermənistanda Frankofoniyanın verdiyi ideyaların təsiri arasında yerlə-göy arasında fərq var. Hətta bunlar bir-biri ilə müqayisə oluna bilməzlər. Frankofoniya tədbirləri ancaq Ermənistan dövlətinin korporativ maraqlarına xidmət edən bir platformadır. İllərdən bəri ora məhdud sayda təmsilçilər gəlir. Yalnız Ermənistan lobbisinin təsiri altında olan qüvvələr və dünya dövlətlərindən müəyyən dairələr orada təmsil olunurlar. Əlbəttə ki, Ermənistanın genişmiqyaslı platformalardan ibarət tədbir keçirməyə gücü yoxdur. Çünki ölkə böhran içərisindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB