“Normal adam belə addım atmaz” AÇIQLAMA

“Normal adam belə addım atmaz” AÇIQLAMA

"Hər bir ölkədə vətənini sevən övladlar da var, axmaqlar da". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov deyib.

Onun sözlərinə görə, həmin axmaqlar öz maraqlarının qurbanı olaraq sifarişlər əsasında dövlətimiz, vətənimiz haqqında şər böhtan xarakterli xoşagəlməz fikirlər səsləndirirlər: "Təbii ki, belə insanlar normal adam deyillər. Çünki normal adam belə addım atmaz. Əgər sən hansısa uğura, istəyə nail olmamısansa o demək deyil ki, dövlət, ölkə, vətən haqqında bu cür anormal fikirlər səsləndirməlisən. Hər kəs özündə axtarmalıdır ki, nə səbəbə istədiyinə nail ola bilməyib. Kim isə onun xətrinə dəyib və bunun üçün ölkəni, vətəni qaralamaq normal adamın işi deyil. Demək olar ki, belə insanlar sadəcə anlayışları yoxdur. Bu baxımdan da, belə insanlar normal adam hesab edilə bilməz. Ümumiyyətlə, nə olursa olsun heç vaxt heç kimsə öz dövləti haqqında belə xoşagəlməz fikirlər səsləndirməməlidir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə