“Onlar müəyyən xarici kəşfiyyat orqanlarına bağlıdırlar” AÇIQLAMA
"Onlar xarici kəşfiyyat orqanlarına bağlıdırlar. Azərbaycanı istəməyən dairələr tərəfindən idarə edilirlər". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Avropadan Azərbaycan dövləti haqqında şər-böhtan yazanlar haqqında fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, bu şəxslər məqsədyönlü iş aparırlar: "Onların keçmişinə baxanda yaramaz və satqın xislətə malik şəxslər olduqlarını bir daha görmək olur. Azərbaycan dövlətinin əldə etdiyi uğurları gözü götürməyən xarici dairələr məhz əxlaqı, mənliyi, qüruru və şərəfi olmayan adamlardan öz maraqları üçün istifadə edirlər. Bir insan ki, öz ölkəsini vətənini satırsa onda ondan nə desən çıxar. Bunlar xarici kəşfiyyat orqanlarından asılıdır. Həm maddi asılılığı var, həm başqa metodlarla bunları özlərindən asılı ediblər. Demək olar ki, həmin şəxslərin işləri ancaq küçələri gəzə-gəzə danışmaqdır. Deməli bunların “ağaları” idarə edir. Yəni bunları maddi asılılıq ölkəmizə və xalqımıza qarşı erməni maraqlarından çıxış etməyə məcbur edib. Bu da qəbul edilməzdir. Həmin şəxslər gec-tez etdikləri bütün əməllərinə görə cavab verəcəklər. Azərbaycan hakimiyyəti Azərbaycanın milli maraqlarına uyğun siyasət aparır. Bu siyasət dəyişməzdir. Xaricdəki mühacirlər isə hər məqamda ifşa olunurlar və heç zaman məkrli niyyətlərinə nail ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB