Qırmızı peysərlərə biçilmiş xəyanət gerçəklikləri ARAŞDIRMA+FOTOSÜBUT

Qırmızı peysərlərə biçilmiş xəyanət gerçəklikləri ARAŞDIRMA+FOTOSÜBUT

Bu tipli şərəfsizlik simvolları barədə çox faktlara əsaslanmaq və sübutları ortaya qoymaq olar

Sosial şəbəkələrdə özlərini “axrıncı yol” deyilən vəziyyətə salan “klaviatura qəhrəmanlarının” bu və ya digər şəkildəki əlqatma kampaniyaları davam edir. “Meydan tv”, “Turan tv”, “Azadlıq”, “Made in Azerbaijan” və s. tipli səhifələrin sözün həqiqi mənasında nümayiş etdirdikləri həyasızlıqları, qara-qışqırıqları əslində, ictimai rəyi də bezdirib. Hətta deyərdik ki, zəhləsini aparıb. Heç bir nəticə əldə edə bilmədiklərini anlasalar belə, hələ də var-gəl edən bu kimi zatıqırıqlar şəbəkəsinin əsas məqsədlərinin hansı tərəfə yönəldiyi də zatən bəllidir.

Çin bazarının həyasız alverçiləritək...

Misal üçün, “Meydan tv” deyilən bir şeytan yuvasının (el arasında Şeytan tv adlandırılır-R.R.) həbs edilən sözdə müxalifətçilərin adlarını yan-yana düzüb, onlara azadlıq tələb etməsi məsələsini araşdırarkən, bir daha məlum olur ki, belələri üçün cinayət törətmək, qanun pozuntusu adi hala çevrilib və həmin əməllərin üstündə həbs olunanlar varsa, demə bunun özü, yəni həbsolunma “qanun pozuntusuymuş” (?!-R.R.)

Görünür, növbəti mövzuları bitər-bitməz onlara erməni əmi-dayılarından yeni tapşırıq, daha dəqiq desək, sifariş gəlib ki, indi də müxtəlif qanunsuzluq əməlləri törədərək həbs edilənlər ətrafında tumanlarını başlarına çəksinlər və Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı Çin bazarının həyasız alverçiləritək qara-qışqırıqlar, şivənçiliklər salsınlar.

“Meydan tv” adlı şeytan yuvası qondarma “DQR”i və “erməni soyqırımını” tanıdığını necə etiraf edib?

Halbuki, bu gün həmin o el arasında deyilən “Şeytan tv”-nin erməni lobbisi və bu lobbi ilə cici-bacılıq edən bəzi Avropa təşkilatları ilə kifayət qədər yaxınlığı var, üstəlik, həmin qurumun saytında bir vaxtlar qondarma “DQR”in tanınıdığını da dolayısı ilə nümayiş etdirmişdi. Yəni bu internet informasiya resursu qondarma “erməni soyqırımı” haqqında yazarkən nə dırnaq işarəsindən, nə də “qondarma” sözündən istifadə etmişdi (Fotoya bax-R.R.)

Erməni terrorunu, erməni vəhşiliyini və işğalçılıq faktını bu və ya digər şəkildə tanıdığını sərgiləyən “Şeytan tv” nədənsə, bu xəyanətkar addımını unudaraq, bir neçə özləri kimi dılğır və satqına görə Azərbaycan dövlətinə qarşı elə ermənilər qədər düşmənçilik mövqeyi sərgiləyir! Halbuki, bu gün Seymur Həzinin, Murad Ədilovun, Elçin İsmayıllının, Ziya Əsədlinin, Rövşən və Rüfət Zahidovların, eləcə də Emin Saqiyevin hansı səbəblərə görə həbs olunmaları bir çoxlarına, əsasən də sağlam düşüncəli insanlara bəllidir. O cümlədən, xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan hüquqi dövlətdir və onun maraqlarına qarşı atılan istənilən addıma görə, vəzifəsindən asılı olmayaraq hər kəs eyni məsuliyyəti daşıyır!

Onlar separatçı Əlikram Hümbətovla birgə təxribatçı-casus və terrorçu Yunis Səfərovu “siyasi məhbus” və “qəhrəman” elan ediblər!

Ancaq bu sadə reallığı qulaqlarının ardına vuran şeytançılar şəbəkəsi bur az da irəliyə gedərək, “boyunlarına prinsipial və ardıcıl mübarizə aparmaq haqqı” qoyurmuş. Halbuki, bunların boyunları qırmızı və tük bitməyən qıp-qırmızı peysərlərdən ibarətdir. Peysər ifadəsi isə müasir leksikonumuzda heç də müsbət məna kəsb etmir. Yəni, belə deyək: qırmızı peysər varsa, onun üzərində haqq-filan ola bilməz!

Yeri gəlmişkən, “Şeytan tv”nin və onun kimi digər sosial şəbəkə səhifələrinin nəzərə çarpan “özəlliklərindən” biri də erməni məzlumkeşliyidir. Hələ 1988-ci ildə ermənilər Qarabağın rmənistana birləşdirilməsini tələb edərkən, Mixail Qorbaçovun qarşısında özlərini “aciz”, “günahsız”, “yazıq” və “məzlum” kimi göstərməyə çalışırdılar. Hələ həmin vaxtlar rus dilində “mnoqostradalnıy armyanskiy narod” deyilən ir ifadə də var idi. Yəni, “çox əzablar çəkmiş erməni xalqı”.

İndi, bu haray-şivənçilərin də davranışları bilavasitə “erməni məzlumkeşliyidir”. Yuxarıda adları çəkilənlər qalsın bir yana, demə, Gəncə hadisələrində terror hadisəsi törədən Yunis Səfərov da bunların “siyasi məhbus” siyahılarına salınıbmış. Açıq deyək, bəlli xarici qüvvələrin verbovka edilərək, Azərbaycana təxribatlar törətməyə göndərilmiş casusu indi də “siyasi məhbusa” çevrilib. Əcəba, bu amilin özünün nə qədər iyrənc və saxta olması göz önündə deyilmi?!

Digər bir məqama diqqət yetirək. Gəncə hadisələri baş verər-verməz bu gün Ermənistanda Azərbaycan qarşı “at oynadan” separatçı və şərəfsizlik simvolu olan Əlikram Hümbətov da həmin bu Yunis Səfərovu dəstəkləyən çıxışlar edib, üstəlik onu “qəhrəman” elan etmişdi. İndi də “Meydan tv” adlı “Şeytan tv” həmin “qəhrəmanın” halına acıyan çıxışlar edir və s. Məgər bu faktın özü heç nəyi demirmi?! Heç nəyi sübuta yetirmirmi?!

Əli Kərimlinin “Azadlıq” səhifəsi şanlı Atatürkü və Türk dünyasını təhqir edir

Yeri gəlmişkən, bu gün nəinki Azərbaycan dövlətinə və xalqına, eləcə də türk dünyasına qarşı gizli və açıq düşmənçilik mövqeyi sərgiləyən sosial şəbəkə səhifələrindən biri də AXCP sədri Əli Kərimlinin bilavasitə nəzarətində olan “Azadlıq”dır. Necə deyərlər, Əli Kərimlisiz işmi keçər? Məhz bu səhifədə məşhur rəsm əsərlərinin birində Heydər Əliyevlə Atatürkün rəsmlərinin də yer aldığı bir əsər barədə “müzakirə” açılıb və söz yox ki, bunlar öz tərbiyəsizliklərini, ləyaqətsizlik və mənəviyyatsızlıqlarını növbəti dəfə ortaya qoyaraq, bu tarixi şəxsiyyətlər barədə əslində özlərinə aid olan ifadələri paylaşıblar. Əslində, Əli Kərimlinin nəzarətində olan bir nəcis qoxulu sosial şəbəkə səhifəsindən hər hansı bir tərbiyəni gözləməyə də dəyməz. Bir halda ki, Əli Kərimli “liderim” deyib, sonradan ona – mərhum Əbülfəz Elçibəyə qarşı olmazın çirkin siyasət aparan, onun sədarət postunu sözün əsl mənasında əlindən qoparıb işğal edən, oraya DÜRTÜLƏN siyasi dələduzlardan biridir. Bu gün onun vaxtilə müxtəlif mətbuat səhifələrində yazdırdığı söyüş və həqarət yazıları arxivlərdə qalmaqdadır (şəkilə bax-R.R.). Bu baxımdan, onun barəsində də zatən hər şey məlumdur...

Beləliklə, bu tipli şərəfsizlik simvolları barədə çox faktlara əsaslanmaq və sübutları ortaya qoymaq olar. Sadəcə, ömürləri boyu xəyanət edənlərin bu gün Azərbaycanın dövlət maraqlarına da xəyanət etmələrindən təəccüblənməyə də dəyməz. Bu, onların boyunlarına, yox—yox, PEYSƏRLƏRİNƏ biçilən gerçəklidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə