"Eleni Teoxarus Azərbaycana qarşı olan tiplərdən biridir" ÖZƏL-MÖVQE
“Ümumiyyətlə avropalıları bəzən başa düşmək olmur. Biz bunu dəfələrlə onlarla görüşlərimizdə, hansısa tədbirlərimizdə də çıxışlarımız zamanı qeyd etmişik. Onlar ədalətdən, qanunçuluqdan, dövlətlərin ərazi bütövlüyünə hörmətdən danışırlar, eləcə də ayrı-ayrı dövlətlər, xalqlar arasında münaqişələrin dinc yolla həllindən danışırlar amma özlərinə gələndə görürsən ki, nə qanun, nə də sərhəd tanıyırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus da o tiplərdən biridir: “Bunlar sadəcə olaraq bizim kimilərə dərs keçmək istəyirlər, bizə ağıl örgətmək istəyirlər. Guya biz onların qoyduğu qaydalar çərçivəsində yaşamalıyıq. Amma özlərinə gələndə həmin qaydaları ayaqlar altına atırlar və qanunları pozurlar. Yəni konkret olaraq Dağlıq Qarabağdakı qondarma rejimə dəstək vermək, eləcə də Ermənistanın işğalına dəstək vermək kimi əməllər birinci dəfə deyil. Bunlar özdə həmin əməlləri açıq şəkildə edirlər. Biz onlara niyə bunu edirsiniz deyən zaman o saat Azərbaycana qarşı təbliğat aparırlar. Konkret olaraq onlar Azərbaycanı gözdən salan mərkəzlərə qoşulurlar. Əlbəttə ki, bütün bunlar avropalıların ikili standartlarından, qərəzli yanaşmasından qaynaqlanan məsələlərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB