Səfil ölkədə zirvə görüşü? TƏHLİL

Səfil ölkədə zirvə görüşü? TƏHLİL

Frankofoniya təşkilatının Yerevan sammiti ermənilərin növbəti siyasi məğlubiyyəti olacaq

Bəlli olduğu kimi, 11-12 sentyabr tarixlərində Ermənistanda Frankofoniya sammiti keçiriləcək. Lakin bu məsələdə bir neçə ilginc məqamlar dayanır ki, həmin məqamlar ictimai rəydə anlaşılmazlıq, təəccüb hissləri doğurmaqdadır. Belə ki, Frankofoniya təşkilatının uzun illərə söykənərək, humanizm baxışları, sülhün təbliği, insan hüquq və azadlıqlarının qorunması istiqamətində apardığı işləri xatırlayarsaq, bu zaman həmin qurumun məhz işğalçı ölkə olan Ermənistanda zirvə görüşü keçirməsi suallar doğurur.

Məgər bütün bunlar istər təşkilatın özünə və nizamnaməsinə xəyanət hesab edilə bilməzmi?!

Misal üçün sual edilə bilər ki, BMT də daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, onlarla xarici ölkələr Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi barədəki faktı təsdiq ediblərsə, işğal nəticəsində bir milyondan çox vətəndaşımız öz doğma yurd-yuvalarından qaçqın düşüblərsə, erməni hərbi birləşmələri azərbaycanlılara qarşı müxtəlif soyqırımları, ələlxüsus Xocalıda 20-ci əsrin ən qanlı faciəsini törədiblərsə, eləcə də törətdikləri qeyri-insani vəhşiliklərini qürurla etiraf ediblərsə, bu zaman Frankafoniya təşkilatı hansı əsaslara söykənərək, sülh, insan hüquq və azadlıqları, humanizm kimi dəyərləri ayaq altına alaraq, təcavüzkar ölkədə samit keçirir?! Nəyə görə və nəyin qarşılığında bu təşkilat Ermənistanı özünə üzv olaraq qəbul edir?! Məgər bütün bunlar istər təşkilatın özünə və nizamnaməsinə xəyanət hesab edilə bilməzmi?!

Görünür, Frankofoniya təşkilatı artıq daha öncələr üzərinə götürdüyü vəzifələrdən imtina etməyə başlayıb və indi də siyasi oyunbazlıqlara qoşularaq, bu kimi qeyri-səmimilik mövqeyini ortaya qoyur. Çox yəqin ki, az müddət keçdikdən sonra həmin təşkilat işğalı ölkə (!!!-R.N.) kimi tanınan, eləcə də postsovet məkanında ən monoetnik ölkələr sırasına aid olan Ermənistanı özünə üzv etməsindən peşmançılıq hissi keçirməli olacaq.

Öz dili belə oğurluq olan bir xalqın birdən-birə “fransızdilli” olması, Frankofoniya təşkilatına üzv edilməsi həqiqətən də ictimai rəydə kəskintəəccüb doğurmağa başlayır

Lakin ortada digər maraqlı nüanslar da var ki, onların təhlilini apardıqca, növbəti suallar meydana çıxmağa başlayır. Misal üçün, bu gün bir çoxlarına məlumdur ki, Frankafoniya təşkilatına üzv ölkələr fransızdilli ölkələrdirlər. Yəni oraya vaxtilə Fransa kimi ölkələrin koloniyaları olmuş ölkələr də aiddir. Cənubi Afrika ölkələrindən tutmuş Avropaya qədər...Bəs Ermənistanın buraya hansı aidiyyatı ola bilər? Axı bildiyimiz qədər Ermənistan heç də fransizdilli ölkələr sırasına aid deyil. O cümlədən, ermənilərin öz dilləri belə yoxdur və tarixi araşdırmalardan doğan faktları da incələyərkən, ermənilərin “Mesrop”adlı “əlifba” yaradıcısının məhz qədim Qafqaz Albaniyası dilindən oğurluq etdiyinin şahidlərinə çevrilirik. Bu zaman öz dili belə oğurluq olan bir xalqın birdən-birə “fransızdilli” olması, Frankofoniya təşkilatına üzv edilməsi həqiqətən də ictimai rəydə kəskin təəccüb doğurmağa başlayır.

Xarici nümayəndə heyətni qarşılayacaq xüsusi avtomobillər və onları yerləşdirəcək mehmanxanalar yoxdur

Yuxarıda da qeyd etdiyimiz kimi, bir çox dövlətlər Ermənistanın işğalçılıq faktorunu tanıyıb və bu gün məhz Frankofoniya təşkilatında da həmin dövlətlər təmsil olunurlar ki, onlar bu ölkənin Azərbaycan ərazilərinə təcavüz etdiyini ya ayrı ayrılıqda, ya da beynəlxalq təşkilatlar tərkibində rəsmi şəkildə bəyan ediblər. Hətta elə ölkələr var ki, onlar bu faktı Avropa Şurasında, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatında təsdiqləyiblər.

Söz yox ki, yanlış və təcavüzkar siyasəti nəticəsində Ermənistan səfalət içində çabalayır, ölkə özünütəcrid vəziyyətinə gətirib-çıxarıb. Ümumiyyətlə, paytaxt Yerevan da daxil olmaqla, Ermənistanın ayaqda zorla qalmasına səbəb yalnız xarici ianələr hesabınadır. Sadə xalq bütün hakimiyyətlər dövründə, hətta hazırkı Paşinyan hökumətində də xoşbəxt sonluqlarına inanmır. Pessimizim və kədər artıq rmənistanda hər kəsin alnına yazılan bir reallıqdır. Gülünc görünən də budur ki, siyasi, iqtisadi, sosial böhranlar içində boğulan bir ölkədə sammitin keçirilməsi həmin ölkə barədə təəssüratları da sıfıra endirəcək. Artıq ortaya bir sıra problemlər də çıxmağa başlayıb. Məsələn, məlum olub ki, nəqliyyat və logistik şəraiti olmayan Ermənistanda xarici qonaqların qarşılanması hər kəsi narahat etməyə başlayıb. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün doğru-dürüst, standartlara cavab verə biləcək mehmanxanalar belə yoxdur.

Öz xalqına qarşı qəddarlıq edən güc sturkturları xarici qonaqların təhlükəsizlyini necə təmin edəcək?

Daha bir amil Ermənistanın siyasi-ictmai həyatında təhlükəsizlik məsələsidir. Çünki bu ölkənin rəhbərlikləri heç vaxt öz vətəndaşlarının qeydinə qalmayıblar, bu dəfə də eyni hal hökm sürür. Ümumiyyətlə, monoetnik, yəni təkmillətli Ermənistanda təkdinli din də mövcuddur ki, bu faktın özü də ölkənin nə qədər dözümsüz, qeyri-tolerant olduğunu təsdiqləmiş olur. Həmçinin, dövlət öz vətəndaşlarının təhlükəsizliyinə heç vaxt təminat verməyib, əksinə, tələb edənlərə qarşı aşırı zor gücü tətbiq edib. Növbəti sual isə belədir ki, əgər Ermənistanın güc strukturları xalqın təhlükəsizliyini təmin etmirsə əksinə xalqa qarşı amansızlıq göstərirsə, onda xarici nümayəndə heyətinin təhlükəsizliyini necə təmin edəcək?

Azərbaycana qarşı planlaşdırılan erməni anti-təbliğatına heç Fransa da dəstək göstərməyəcək!

Beləliklə, belə bir nəticəyə gələ bilərik ki, əslində Frankofoniya təşkilatına üzv ölkələrin Yerevanda keçiriləcəyi sammiti əslində, işğalçı ölkənin Azərbaycana qarşı əks-təbliğat planı əsasında dayanır. Ancaq Ermənistanın rəhbərliyi unudur ki, orada qəbul ediləcək hər hansı bir sənəddə Azərbaycana qarşı tələblər irəli sürülərsə, Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını tanıyan İƏT və Avropa Şurasında təmsil olunan bir sıra ölkələr bu tələbləri rədd edəcəklər. O cümlədən, Ermənistanın daha çox be bağladığı Fransa belə, Azərbaycana qarşı zidd qərarları dəstəkləyə bilməz. Çünki Fransa bu məsələdə bitərəf ölkə olmaqla yanaşı, Minsk qrupunun həmsədr ölkələrindəndir. Hətta zirvə görüşü baş tutarsa belə, Ermənistan dövləti həmin görüşdən də məğlub ayrılmalı olacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə