Tramp vergilərdən yayınıb?

Nyu-York ştatının vergi xidməti ABŞ prezidenti Donald Trampın və ailəsinin həqiqətənmi vergilərdən yayınması ilə bağlı yoxlamalara başlayıb. SİA Rossiya 24 telekanalına istinadən xəbər verir ki, yoxlamalar New York Times nəşrində sözügedən məsələylə bağlı işıq üzü görən yazıdan sonra başlayıb.

Belə ki, adıçəkilən qəzetdə jurnalist araşdırması edilib və onun nəticələrinə görə belə qənaətə gəlinib ki, Ağ evin mövcud rəhbəri hələ gəncliyi dövründə daşınmaz əmlakla biznesi ilə məşqul olub sözügedən biznes ona atası tərəfindən ötürülüb. Həmin biznes nəticəsində Trampın 413 milyon dollar qazanc əldə etdiyi və həmin pulların vergidən yayınmış vəsait olduğu iddia edilir.

Artıq ABŞ prezidentinin vəkili araşdırmanı və gəlinən qənaəti saxta adlandırıb. Ağ evdə də, Trampın vergidən yayınması ilə bağlı iddialar rədd edilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə