"Azərbaycanın Rusiyadan gözləntiləri artır" MÖVQE-ÖZƏL

"Azərbaycanın Rusiyadan gözləntiləri artır" MÖVQE-ÖZƏL

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri eləcə də Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumun keçirilməsi iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

O bildirib ki, Rusiya-Azərbaycan arasında strateji əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir: “Bildiyiniz kimi Azərbaycan-Rusiya arasında bütün sahələri əhatə edən əməkdaşlıq mövcuddur. İki ölkə arasında əlaqələr həm iqtisadi, həm humanitar, həm hərbi, həm mədəniyyət həm də digər sahələri əhatə edir. Bakıda keçirilən Forumda buna əyani sübutdur”.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, ölkələr arasında münasibətlərin inkişafı Rusiyanın Azərbaycanın maraqlarını dəstəkləməsi baxımından çox vacibdir: “Rusiyanın bundan sonra Azərbaycanı daha çox dəstəkləyəcəyinə inanır və qonşu dövlətdən bu istiqamətdə gözləntilərimiz artır”.

R.Quliyev əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişafı Rusiyada yaşayan və çalışan azərbaycanlılar üçün də mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə