"Bundan sonra danışıqlar masasından qaçmaq mümkün olmayacaq" ÖZƏL-MÜNASİBƏT

"Bundan sonra danışıqlar masasından qaçmaq mümkün olmayacaq" ÖZƏL-MÜNASİBƏT

“Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı əlaqəsiz və təhrikedici bəyanatlar verməsinə baxmayaraq, o, davamlı sülhün yaranması üçün çox maraqlıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Paşinyanın indiyə qədər verdiyi sərsəm bəyanatlar daxili auditoriya hesablanmışdı və siyasi hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdi: “Paşinyan hakimiyyətdə möhkəmləndikcə danışıqlar prosesinə daha da çox maraq göstərəcək. İndiyə qədər keçmiş Ermənistan rəhbərləri Qarabağın işğalını uzatmamaq üçün hər variantdan istifadə ediblər. Artıq demək olar ki, bu manevrlər bitib və problemin həllinə başlamağın zamanı da yetişib. Hesab edirəm ki, bundan sonra “qarın ağrısı” bəhanəsi ilə danışıqlar masasından qaçmaq mümkün olmayacaq. Düşənbədə Prezident İlham Əliyevlə Paşinyanın söhbətləşməsini görüş olaraq təqdim edilməsi yanlışdır.

Paşinyan cənab İlham Əliyevlə görüşə gəlmək üçün artıq konkret əməli tədbirlər planını gətirməlidir. Bu hazır deyilsə yalnız ayaqüstü söhbətləşmələr olacaq. Rusiya prezidentinin Bakıya səfəri ardından Ermənistana getməməsi Paşinyanı bərk narahat edib. Ona görə də Ermənistan prezidenti ciddi düşünməlidir və indiyə qədər aldadılmış erməni xalqını başa salmalıdır ki, Dağlıq Qarabağa Azərbaycan tərəfindən təklif olunan ən yüksək idarəetmə statusu tarixi şansdır. Onlar bu şansdan istifadə etməsələr bizə muxtar vilayət almaq üçün yalvaracaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə