Eldar İbrahimov: “Murtuz müəllim dünya tarixinə dərindən bələd olan dəyərli ziyalı idi” AÇIQLAMA

Eldar İbrahimov: “Murtuz müəllim dünya tarixinə dərindən bələd olan dəyərli ziyalı idi” AÇIQLAMA

“Ulu Öndər Heydər Əliyevin xalq arasındakı nüfuzu, Ona olan inamı o dövrkü siyasi qüvvələri çox narahat edirdi. Belə bir vaxtda Murtuz müəllim yaş senzinin ləğv olunması ilə bağlı mitinqlərdə cəsarətlə çıxış edərək, heç nədən çəkinmədən Dahi Öndər Heydər Əliyevin hüquqlarını müdafiə edirdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, ölkədə baş verən mürəkkəb siyasi proseslər fonunda Heydər Əliyevin başçılığı ilə YAP tezliklə müxalifət partiyasından iqtidar partiyasına çevrildi: “1993-cü ilin iyununda Ulu öndərin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan onu gözləyən bəlalardan tezliklə xilas oldu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Milli Məclisə ilk seçkilər keçirildi. Tezliklə hüquqi islahatların aparılması üzrə komissiya yaradıldı. Xüsusi vurğulamaq istəyirəm ki, ölkənin əsas sənədi - Konstitusiyanın hazırlanmasında və yeniqanunvericilik aktlarının qəbulunda Murtuz müəllimin təcrübəli hüquqşünas kimi böyük əməyi olmuşdur”.

Komitə sədri qeyd edib ki, Murtuz müəllimin qanunverici orqana sədr seçilməsi parlamentin işinə yeni abı-hava gətirdi: “Ulu Öndərin rəhbərliyi ilə ölkədə aparılan islahatların Milli Məclisdə hüquqi bazasının yaradılması ilə yanaşı, aqrar sahəyə aid də həyati əhəmiyyətli qanunlar qəbul olundu. Parlamentin beynəlxalq əlaqələri daha da gücləndi. Qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməli addımlar atıldı”.

E.İbrahimov bildirib ki, Murtuz müəllim həm gözəl hüquqşünas, həm də dünya tarixinə dərindən bələd olan dəyərli ziyalı idi: “O, dünyada baş verən proseslərdən düzgün nəticə çıxarmağı bacaran təcrübəli siyasətçi idi. Heç də təsadüfi deyildir ki, müstəqilliyimizin möhkəmləndirilməsi üçün önəmli olan illərdə məhz Murtuz müəllim Milli Məclisə rəhbərlik etmişdi. Onun əziz xatirəsi əqidəsinə sadiq ziyalı, gözəl insan, ictimai-siyasi xadim kimi Murtuz müəllimi sevənlərin yaddaşında daim yaşayacaqdır”.

Zümrüd

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə